12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
“Prezident İlham Əliyevin tapşırığı ilə bütün aidiyyəti dövlət qurumları Aktaudakı təyyarə qəzası ilə bağlı səfərbər olundular və öz üzərilərinə düşən vəzifələri yerinə yetirdilər”.
Sozcu.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev deyib.
Baş prokurorun sözlərinə görə, prokurorluq ölkə rəhbərliyinin göstərişi ilə cinayət işi başladıb, həm Qazaxıstan həm Rusiyanın aidiyyəti qurumları ilə bununla bağlı birgə araşdırma aparılır.
K.Əliyev qeyd edib ki, qəzaya görə Rusiya, Azərbaycan və Qazaxıstanda cinayət işi başlanıb:
“Hər ölkə özünə aid sahədə sübutları toplayır, sonradan bu sübutların təhlili və təqsirli şəxslərin müəyyən edilib, istintaqa cəlb olunması təmin ediləcək”.