Tələbələrdən tutulan pullar: hər ay 100 min manat hara gedir?


istifadəsi məsələsində şəffaflıq təmin olunmasının vacibliyinə də diqqət çəkib: “Bu məsələnin nə dərəcədə düzgün və hüquqi əsaslarla həyata keçirildiyini mən şəxsən deyə bilmərəm. Bunun üçün tələbələr arasında sorğular keçirilməli, universitetlərin rəsmi açıqlamaları təqdim olunmalı və ən əsası Təhsil Həmkarlar İttifaqının rəsmi mövqeyi ictimaiyyətə açıqlanmalıdır”.

Hüquqşünas Əkrəm Həsənov isə “Yeni Müsavat”a açıqlamasında həm hüquqi, həm də etik baxımdan bu praktikanın tamamilə qanunsuz olduğunu bildirib. Əkrəm Həsənov qeyd edib ki, istər tələbələr, istərsə də işçilər üçün həmkarlar ittifaqına üzvlük yalnız könüllülük prinsipi əsasında həyata keçirilməlidir: “Bu, əlbəttə ki, qanunsuzluqdur. Təkcə tələbələr yox, dövlət orqanlarında çalışan işçilər də məcburi şəkildə həmkarlar ittifaqına üzv edilirlər. Üstəlik, maaşlardan və ya tələbələrin təqaüdlərindən aylıq olaraq 2 faiz tutularaq Həmkarlar Konfederasiyasına köçürülür. Bu, açıq şəkildə qanuna ziddir”.

Əkrəm Həsənov: ""Kapital Bank"da həyat yoldaşımın istifadəsində olan kart  var, bağlatdıracağam" Pravda.az

Əkrəm Həsənov

Hüquqşünas vurğulayıb ki, həm Azərbaycan Konstitusiyasında, həm də “Həmkarlar İttifaqları haqqında” Qanunda üzvlüyün yalnız və yalnız könüllü əsasda həyata keçirilməsi qeyd olunub: “Könüllülük o deməkdir ki, şəxs özü ərizə yazaraq üzv olmaq istədiyini bildirməlidir. Əks halda, bu vəsaitin ondan tutulması cinayət xarakteri daşıyır. Mən tələbə olduğum illərdə də, 1994-cü ildən 2000-ci ilə qədər bu məsələyə qarşı çıxmışam. Bakı Dövlət Universitetinin və Təhsil Nazirliyi yanındakı Tələbə Şuralarının sədri olduğum dövrdə dəfələrlə bu haqda çıxışlar etmişəm, mətbuatda məqalələr də dərc etdirmişəm”.

Ə.Həsənov əlavə edib ki, bu vəsaitin necə  xərcləndiyi ilə bağlı da ciddi suallar var: “Sizdən xəbərsiz pul tutulur, həmkarlar ittifaqına köçürülür, amma bu pullarla nə edildiyi bilinmir. Təəssüf ki, şəffaflıq yoxdur. Bəzən bəzi üzvlərə istirahət zonalarına putyovka verilir, lakin bu da sistemli və bərabər əsaslı şəkildə həyata keçirilmir. Toplanan vəsaitin çox  cüzi hissəsi istifadə olunur, qalanının aqibəti bilinmir”. 

Hüquqşünas deyir ki, istənilən tələbə və ya işçi bu günə qədər ondan qanunsuz şəkildə tutulan vəsaitin qaytarılmasını hüquqi qaydada tələb edə bilər: “Qanunsuz tutulan vəsaitlə yanaşı, həmin məbləğin illik 5 faizlə birlikdə geri qaytarılması da tələb oluna bilər. Əgər bu qaydaya əməl olunmursa, vətəndaş məhkəməyə müraciət edərək öz hüquqlarını təmin edə bilər. Bu, SSRİ-dən qalmış bir vərdişdir. Necə ki, sovet dövründə insanları məcburən həmkarlar ittifaqına üzv edirdilər, bu gün də bu yanaşma davam etdirilir. Amma bu, nə hüquqa, nə də ədalətə sığır. Üstəlik, Azərbaycanda fəaliyyət göstərən həmkarlar ittifaqları dünyanın qəbul etdiyi modelə uyğun deyil. Xaricdə bu qurumlar işçilərin və tələbələrin hüquqlarını qoruyan, onlara real dəstək verən strukturlardır. Bizdə isə bu təşkilatlar  faktiki olaraq dövlət strukturu kimi fəaliyyət göstərir və ideal fəaliyyəti də müşahidə olunmur”.



Oxşar Xəbərlər

Xəbər lenti