13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
Bu gün paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində qadın güllələnib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Məhəmməd Xiyabani küçəsi 2 ünvanında qeydə alınıb. Doqquzmərtəbəli binada yaşayan 1986-cı il təvəllüdlü Fərqanə Kərimova güllə xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Vasif Kərimov polisin keçirdiyi tədbirlərlə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
APA-nın məlumatına görə, həyat yoldaşını güllələməkdə şübhəli bilinən Kərimov Vasif Qaraxan oğlu “Referans Medi-Art Hospital” MMC-nin (Mərdəkan filialı) direktorudur.
Yasamal Rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, iyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun aralarında yaranmış mübahisə zamanı silahdan atəş açaraq arvadı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Fərqanə Kərimova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Vasif Kərimov iş üzrə şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.