Elman Rüstəmovun yarım milyon borcu var


“Səba” ASC-nin individual təsisçiliyi ilə yeni şirkət yaradılıb.

Sozcu.info xəbər verir ki, sözügedən şirkət “Qarabağ Taxıl Aqro” MMC adı altında təsis edilib. 

MMC iyulun 10-da 6 371 963 manat nizamnamə kapitalı ilə təsis olunub. Şirkətin qanuni təmsilçisi Abdullayev Cavid Nazim oğludur. Dördpendirli pizza

“Səba” ASC “Qarabağ Taxıl Aqro” MMC-ni təsis etdikdən sonra isə yeni şirkətin nizamnamə kapitalındakı paylarını satışa çıxarmaq qərarına gəlib. Bununla bağlı məsələ avqustun 18-də ASC-nin səhmdarlarının yığıncağının gündəliyinə daxil edilib.

Qeyd edək ki, “Səba” ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb. “Səba”nın dövlət qarşısında külli miqdarda vergi borcu da yaranıb və hazırda bu borcun miqdarı nə az nə çox, 447 081.98 manat təşkil edir.

Qeyd edək ki, mətbuatda “Səba”nın Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun biznesinin tərkib hissəsi olduğu barədə məlumat dərc olunur.

Yenisabah.az



Oxşar Xəbərlər

Xəbər lenti