Beyləqanda Milli Mətbuatın yaranmasının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib -Foto

22 İyul – Milli Mətbuat Günü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyinə həsr olunmuş tədbir təşkil olunub.


Sozcu.info xəbər verir ki, tədbirdən əvvəl Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, RİH başçısı aparatının əməkdaşları, idarə, müəssisə və təşkilat nümayəndələri, eləcə də media təmsilçiləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.


Tarix-Diyarşünaslıq Muzeyində davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.


Tədbirdə giriş nitqi ilə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib, Azərbaycan mətbuatının inkişaf mərhələlərindən bəhs edərək ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahəyə göstərilən yüksək diqqət və qayğıdan danışıb. RİH başçısı vurğulayıb ki, Prezident İlham Əliyev 21 iyul 2025-ci il tarixində imzaladığı sərəncamla bir qrup media nümayəndəsini fəxri adlarla təltif etməklə, medianın ictimai həyatdakı əhəmiyyətini bir daha təsdiqləmişdir. Əziz Əzizov əlavə edib ki, ölkəmizin informasiya suverenliyinin qorunması və milli maraqların müdafiəsində medianın rolu son illər daha da artmışdır. Bu baxımdan, bu il Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycanın dünya mediası ilə əlaqələrinin genişlənməsində və informasiya təhlükəsizliyinin təminində mühüm əhəmiyyət daşıyır.


Daha sonra bir qrup media nümayəndəsi 22 İyul – Milli Mətbuat Günü münasibətilə milli mətbuatın inkişafında fəal xidmətlərinə görə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.


Beyləqan rayonunda fəaliyyət göstərən media nümayəndələri – Mehman Əliyev, Elman Hüseynov, Fazil Əsədov və Rövşən Süleymanov çıxış edərək göstərilən diqqət və qayğıya, xüsusilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının Fəxri Fərmanı ilə təltif olunmalarına görə təşəkkürlərini bildiriblər.


Tədbirdə həmçinin Beyləqan Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov və Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayonu üzrə təhsil sektorunun müdiri Elvin Abbasov da çıxış edərək media işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, dövlət başçısının media sahəsinə göstərdiyi diqqəti yüksək qiymətləndirmiş və medianın ictimai proseslərdəki roluna dair fikirlərini bölüşmüşlər




Oxşar Xəbərlər

Xəbər lenti