13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
Tarif (qiymət) Şurası yeni dövlət qeydiyyatına alınan 207 dərman vasitəsinin qiymətinin yuxarı həddini təsdiqləyib.
Sozcu.info Tarif Şurasına istinadən xəbər verir ki, bu barədə qurumun 30 iyun 2025-ci il tarixində keçirilən iclasında müvafiq qərar qəbul edilib.
Qərarla 3 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb. Etibarlı təchizatın təmin olunması məqsədilə 79 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.
Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərar 7 iyuldan qüvvəyə minir.
Qərarla Tarif Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.