Polis 5 rayonun dəniz sahilində antisanitar tədbirləri davam etdirib


Polis əməkdaşları tərəfindən müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.

Paytaxtın Qaradağ, Xətai, Xəzər və Binəqədi, respublikanın Xaçmaz rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması, içməli məişət, texniki və tullantı sularının kənara təyinatsız axıdılması və qadağan edilmiş yerlərdə tütün çəkilməsi halları aşkar edilib.    

Tədbirlər çərçivəsində məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atan 10, içməli məişət, texniki və tullantı sularını kənara təyinatsız axıdan 3 və qadağan olunmuş yerdə tütün çəkən 1 nəfər olmaqla ümumilikdə 14 şəxs barəsində polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbir görülüb.  

Ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti