Bu universitetdə təhsil haqqı 2 min manat artırıldı - RƏSMİ


2025–2026-cı tədris ili üçün Azərbaycan Tibb Universitetində “Tibb” ixtisasının illik təhsil haqqı 2000 manat artırılıb.

Sozcu.info Teleqraf-a istinadən xəbər verir ki, ötən il bu ixtisas üzrə ödəniş 4500 manat olduğu halda, bu il məbləğ 6500 manata yüksəlib.

Bununla belə, “Tibb” ixtisası üzrə plan yerlərinin sayı dəyişməyib. Ötən il olduğu kimi bu il də 520 yer ayrılıb.

Həmçinin Stomatologiya ixtisasının da məbləği eyni miqdarda artıb.

***

Nazirlər Kabinetinin qərarına əsasən ölkəmizdə ali təhsil müəssisələrində təhsil xərcləri artırılıb. Bütün universitetlərdə olduğu kimi Azərbaycan Tibb Universitetində də təhsil haqqı ixtisaslara müvafiq olaraq artıb.

Bu barədə ATU-dan universitetdən bildirilib.

Qeyd olunub ki, "Tibb" ixtisası üzrə 6500 AZN, "Stomatologiya" 6000 AZN, "Əczaçılıq", "Fizioterapiya", "İctimai səhiyyə" və "Tibb bacısı" ixtisasları üzrə isə təhsil haqqı 5000 AZN olaraq dəyişdirilib.



Oxşar Xəbərlər

Xəbər lenti