Zəngəzur dəhlizindən necə keçəcəyik? – Detallar AÇIQLANDI


Avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında sülh sammiti keçirilib. Görüş zamanı sülh sazişi paraflanıb, TRIPP adlandırılan Zəngəzur dəhlizinin açılması razılaşdırılıb. Dəhlizin 42 kilometrlik Ermənistan ərazisinə düşən hissəsinə 99 il ərzində ABŞ nəzarət edəcək.

Dəhliz vasitəsilə insanlar və yüklər Azərbaycanın əsas hissəsindən Naxçıvana və əksinə hərəkət edə biləcəklər. Lakin bununla yanaşı xarici vətəndaşların da bu dəhlizdən tranzit üçün istifadəsi baş tutacaq.

Sozcu.info xəbər verir ki, modern.az-a danışan REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, azərbaycanlılar dəhlizdən manesiz və əvvəlcədən verilən məlumat əsasında hərəkət edəcəklər:

“Azərbaycanlıların Zəngəzur dəhlizindən keçidi sadələşdirilmiş və asanlaşdırılmış keçid prinsipinə uyğun olacaq. Öncədən məlumatların verilməsi əsasında vətəndaşlarımızın keçidləri təmin olunacaq”.

N.Cəfərli xarici ölkə vətəndaşlarının tranzit keçidi ilə bağlı isə bunları deyib:

“Başqa ölkələrdə tranzit keçid necə olursa, Ermənistan ərazisindən də başqa ölkə vətəndaşları həmin formada  tranzit keçid edəcələr. Bu da, təbii ki, beynəlxalq qanunvericiliyə uyğun həyata keçirləcək. Bizim üçün əsas o idi ki, Azərbaycanın əsas hissəsindən Naxçıvan bölgəsinə sərnişin və yüklərin manesiz hərəkəti təmin olunsun. Vaşinqton anlaşması bu təminatı Azərbaycan üçün verir”.



Oxşar Xəbərlər

Xəbər lenti