Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - ŞOK SİYAHI


Xəbər verdiyimiz kimi, bu gün Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istəyi ilə bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə göndərdiyi məktub yayılıb. Sözügedən məktubun mediada tirajlanan mətnində hakimiyyətin 3 qolunun - qanunvericilik, icra, məhkəmə - fəaliyyətinə nəzarəti cəmiyyətdə nüfuza malik olan 50 üzvdən - təcrübəli dövlət məmurları, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət xadimləri - ibarət Dövlət Şurasının həyata keçirəcəyi qeyd edilir. "Dövlət Şurası" üzvlərinin ümumxalq səsverməsi nəticəsində formalaşdırılması və "qurum"a Dövlət Şurası sədrinin rəhbərlik edəcəyi bildirilir.

Hazırda ən çox müzakirə olunan məsələ sözügedən "Dövlət Şurası"nın tərkibində olması nəzərdə tutulan 50 şəxsin kimliyidir.

Teleqraf agentliyi R.Mehdiyevin məktubunda sözügedən 50 nəfərlik "Dövlət Şurası üzvləri" arasında AXCP və Müsavat partiyalarının rəhbərliyində təmsil olunan şəxslərin adlarının da olduğu haqda mənbələrə istinadla məlumat yayıb.

Həmin siyahı dəqiqləşdirilir. Yaxın vaxtlarda siyahı təqdim olunacaq... \\Bakupost.Az



Oxşar Xəbərlər

Xəbər lenti