"Bu ixtisaslara qəbul qaydaları dəyişə bilər" - RƏSMİ


  • "İngilisdilli fakültələrə qəbul qaydalarında gələcəkdə müəyyən dəyişikliklərin mümkünlüyü istisna edilmir".

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə  "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə çıxışı zamanı  bildirib. O qeyd edib ki, hazırda birinci il üzrə ingilisdilli fakültələrə qəbul qaydalarında esse ilə bağlı dəyişiklik nəzərdə tutulmur.

Onun sözlərinə görə, mövcud qəbul qaydaları qüvvədə qalıb, lakin ali təhsil müəssisələrinin xüsusi tələblərlə çıxış etməsi mümkündür:

“Bəzi universitetlər ingilisdilli fakültələrə qəbul olunan tələbələrin dil hazırlığından narazılıq ifadə edir. Buraxılış imtahanında 40 bal toplayan bəzi abituriyentlərin mətn anlama və oxu bacarıqları zəif olur və bu, ali məktəblərdə narahatlıq yaradır. Bu səbəbdən xüsusilə jurnalistika kimi ingilis dilində tədris aparılan bəzi ixtisaslarda qəbul qaydalarına fərqli yanaşmalar tətbiq oluna bilər”.

M.Abbaszadə statistik nəticələr öyrənildikdən 1-2 ildən sonra bu yanaşmaların daha geniş qaydada ümumi qəbul modelinə daxil edilməsinin istisna olunmadığını bildirib./Sfera.az



Oxşar Xəbərlər

Xəbər lenti