“Ai-92” markalı benzinin istehsalı dayandırılacaq –SOCAR rəsmisi yanacaq təlabatını necə ödəyəcəklərini açıqladı

“Ai-92” markalı benzinin istehsalı dayandırılacaq –SOCAR rəsmisi yanacaq təlabatını necə ödəyəcəklərini açıqladı

 

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu oktyabr ayında əsaslı təmirə dayandırılacaq. Sozcu.info
 "Report”-a istinadən  xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə bildirib.

"İllik əsaslı təmir işləri Neft Emalı Zavodu ilə yanaşı, "Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda da həyata keçiriləcək. Neft Emalı Zavodunda istehsal 1 ay, Etilen-Polietilen Zavodunda isə 40-45 gün ərzində dayandırıla bilər. Lakin işlərin gedişatından asılı olaraq müddət dəyişə bilər”, – vitse-prezident qeyd edib.

Onun sözlərinə görə, Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalın dayandırılması zamanı daxildə "Ai-92” markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək və bununla bağlı saziş gələn ay imzalanacaq: "Aİ-92” markalı benzinin idxalı ilə bağlı iyun ayında saziş imzalanması nəzərdə tutulur. İdxal üçün ən əlverişli bazar Rusiyadır. Bu həm logistika baxımından, həm qiymət, həm də keyfiyyət baxımından sərfəlidir. Lakin bu markalı benzinin idxalı daxili tələbatdan asılıdır. Bizim fikrimizcə, kiyafət qədər benzin ehtiyatı mövcuddur. Lakin yay mövsümündə daxildə hansı həcmdə "Ai-92” markalı benzinə tələbat olacağını müəyyən etmək çətindir. Benzin istehlakı may ayı göstəricisi ilə eyni olarsa, o zaman yaradılan ehtiyatlar kifayət edəcək, idxala ehtiyac yaranmayacaq. Lakin tələbat may göstəricilərini üstələyərsə, bu markalı benzin idxal ediləcək”.



Oxşar Xəbərlər

Xəbər lenti