8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şahin Cəfərli: "Seçkilərdən əvvəl Saakaşvilinin Gürcüstana qayıdacağına inanmıram”
Elxan Şahinoğlu: "Vaşadze prezident seçilsə belə, o, Saakaşvilinin Gürcüstana qaydışına təminat verə bilməz”
Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək ki, dünyanın diqqəti keçiriləcək seçkilərə yönəlib. Çünki Gürcüstanın sabiq prezidenti, hazırda Hollandiyada yaşayan Mixail Saakaşvilinin ölkəyə qayıda bilməsi diqqət mərkəzindədir.
Vahid Mili Hərəkat Partiyasını üzvü, Sakaaşvili komandasının təmsilçisi Azər Süleymanov eks-prezidentin Gürcüstana yaxın zamanlarda qayıdacağından söz açıb:
"Bildiyiniz kimi, Saakaşvili hələ ki, Gürcüstana gələ bilmir. Amma Saakaşvilinin Gürcüstana gəlməsinə çox az qalıb. Ola bilsin bir, ya da 2 aya onun vətəninə gəlməsi reallaşsın. Amma bu, mütləq olacaq. Hazırda partiyamızın namizədi Amerikadadır. Xaricdə yaşayan immiqrantlarla görüşlər keçirir. Amerikadakı exit-pollun knəticəsinə görə, hakim partiyanın dəstəklədiyi namizəd Salome Zurabişvili ən son yerlərdə qərarlaşıb. Bir namizədə ki, pravoslov kilsəsi, yerli əhali qırmızı kart göstərsin, o, hansı səsvermədə yüksək nəticədən danışa bilər?!
Əgər bu gün seçki keçirilsə, Qriqol Vaşadze hər namizəddən 15-20 % artıq səs toplayıb irəlidə olacaq. Bu da onun göstəricisidir ki, Saakaşvilinin komandasının uğuru qaçılmazdır. Bu, onu göstərir ki, Saakaşvili seçkidən öncə də Gürcüstana gələ bilər. Bu məsələni gündəmdən çıxarmaq olmaz. Saakaşvili sabah da gələ bilər”.
Azərbaycanlı deputat hətta Gürcüstanda inqilabın yetişdiyini də söyləyib: "Bugünkü hakim "Gürcü arzusu” partiyası qorxu altındadır. Bunu tam məsuliyyətimlə deyirəm. Ona görə ki, 6 il ərzində insanlara verilən vədlərin biri də yerinə yetirilmədi. Çörəkdən tutmuş hər şeyin qiyməti bahadır. Ən pisi də odur ki, insanların sabahkı günə ümidi itib. Yeganə çalışan bəzi müəssisələr İvanaşvilinin banklarıdır. Başqa heç nə... Demək olar ki, artıq Gürcüstanda inqilab dövrünü yaşayırıq”.
Qeyd edək ki, Gürcüstanda prezidenliyə namizədliyini irəli sürmüş 46 nəfərdən 25-nin istəyi təsdiq edilib. 25 namizədin isə 19-u siyasi partiyaları, 6-sı isə təşəbbüs qruplarını təmsil edir.
Prezidentliyə namizədlər sırasında David Bakradze ("Avropa Gürcüstanı-Azadlıq uğrunda hərəkat”), Mixail Saluaşvili (Ədalətin bərpası -"Xalqın səsi”), Zviad Baqdavadze ("Vətəndaş platforması-Yeni Gürcüstan”), Şalva Natelaşvilidir ("Gürcüstan Leyboristlər Partiyası”), Qriqol Vaşadze (Vahid Milli Hərəkat Partiyası), Salome Zurabişvili (seçicilərin təşəbbüs qrupu, hakim partiyanın dəstəklədiyi namizəd), İrakli Qorqadze (Gürcüstanın Azadlığı Uğurunda Hərəkat), David Usupaşvili (Azad Demokratlar), Zurab Caparidze (Qirçi) və digərləri var.
"Vaşadze və yaxud Bakradze qalib gələrsə, Saakaşvilinin dönüşü mümkündür”
Seçkilərdən əvvəl Saakaşvilinin Gürcüstana qayıdacağına inanmayan politoloq Şahin Cəfərli "Hürriyyət”ə dedi ki, onun qayıdışını mümkünsüz edən səbəblər hələ davam edir: "Amma seçkilərdə Qriqol Vaşadze və ya David Bakradze qalib gələrsə, Saakaşvilinin dönüşü mümkündür. Bilirsiniz ki, Vaşadze Vahid Milli Hərəkatın, yəni Saakaşvilinin partiyasının namizədidir. Bakradze isə Saakaşvilinin ən yaxın silahdaşlarından olub və Vahid Milli Hərəkatdan ayrılsa da, mənim bildiyimə görə, sabiq prezidentlə münasibətləri normaldır. Bu iki şəxsdən biri seçilsə, o zaman Gürcüstanda yeni siyasi vəziyyət yaranmış olacaq və müxalifət ciddi güc qazanacaq - baxmayaraq ki, prezidentin səlahiyyətləri məhduddur. Bu halda Saakaşvilinin vətənə dönüşünü mümkün və real sayıram”.
"Zurabişvilinin ən şanslı namizədlərdən birinə çevrilməsi mümkündür”
Ş Cəfərli diqqətə çatdırdı ki, son rəy sorğusunun nəticələri ilə o da tanışıdır: "Vaşadze və Bakradze öndədir. Amma Salome Zurabişvili faktorunu da nəzərdən qaçırmaq olmaz. Hər halda, xanım Zurabişvili hakim partiyanın dəstəklədiyi namizəddir, bu isə Gürcüstan kimi demokratiyanın, Qərb seçki standartlarının hələ tam oturuşmadığı postsovet ölkəsində çox ciddi amildir. Bu gün Zurabişvilinin şansı az ola bilər, amma seçki kampaniyasının yekununda onun ən şanslı namizədlərdən birinə çevrilməsi tamamilə mümkündür”.
"Hökumət əlindəki inzibati resurslardan və maliyyə gücündən istifadə edərək müxalifətin qarşısını almağa çalışacaq”
Cəfərlinin fikrincə, seçki ikinci tura qala bilər: "Əgər belə olsa, 2-ci tura böyük ehtimalla Vaşadze və Zurabişvili keçəcəklər. Vaşadze - Bakradze variantı da mümkündür, lakin bu, "Gürcü Arzusu” üçün əsl kabus olardı. Düşünürəm ki, "Gürcü Arzusu” xanım Zurabişvilinin ilk turda qələbəsi, bu mümkün olmadıqda isə ikinci tura qalması üçün bütün gücündən istifadə edəcək. İkinci turda müxalifət namizədinin qələbəsi əlbəttə ki, mümkündür. Bu halda digər müxalif namizədlərin ikinci tura qalmış namizədə dəstək verəcəyini gözləmək olar. Mən seçkidə kütləvi saxtakarlıq olacağını gözləmirəm, amma ideal seçki olacağına da inanmıram. Hökumət əlindəki inzibati resurslardan və maliyyə gücündən istifadə edərək müxalifətin qarşısını almağa çalışacaq”.
"Seçki normal keçirilsə, inqilab üçün hər hansı əsas qalmayacaq”
"Hörmətli Azər Süleymanov Gürcüstanda nələr baş verdiyini təbii ki, bizdən daha yaxşı bilir. O, proseslərin bilavasitə içindədir və iştirakçısıdır. Bu səbəblə, onun fikirlərini təkzib etmək istəməzdim. Məncə, inqilab və ya kütləvi xalq etirazları o zaman baş verə bilər ki, seçki saxtalaşdırılsın. Bu halda müxalifət xalqı meydanlara çıxaracaq. Son illər sosial-iqtisadi səbəblərlə hökumətdən narazılıq artıb, bunun üzərinə seçki saxtakarlığı da əlavə olunsa, cəmiyyətdə partlayış baş verə bilər. Amma seçki normal keçirilsə və xalqın səs verdiyi namizəd seçilsə, inqilab üçün hər hansı əsas qalmayacaq”,-deyə poolitoloq vurğuladı.
"Sakaaşvili nə qədər xarizmatik fiqur olsa da, hər halda həbs olunmasını istəmir”
"Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə dedi ki, Sakaaşvilinn Gürcüstana qaytımasının reallaşması üçün gərək, onu dəstəkləyən prezidentliyə namizədlərdən biri prezident seçilsin: "Onun komandasından iki nəfər prezidentliyə namizəd var: biri Vaşadze, biri də Bakradzedir. Onun zamanında hər ikisi yüksək vəzifə tutub. Vaşadze Sakaaşviliyə daha yaxındır. Gərək, bunlardan biri qələbə çalsın ki, Sakaaşvilinin gəlişi tezləşsin. Çünki bir başqası prezident seçilsə, Sakaaşvilinin Gürcüstana qayıtma ehtimalı azdır, həbs oluna bilər. İvanaşvli də onun həbsini tələb edir. Hətta prezident Sakaaşvilinin tərəfdarı seçilsə belə, bu da tam təminat vermir ki, o, rahat Gürcüstana qayıtsın. Çünki Gürcüstanda Konstitusiya dəyişib. Heç əsas firqur prezident də deyil, baş nazirdir, parlamentdir. Yəni Vaşadze prezident seçilsə belə, o, Saakaşvilinin təhlükəsiz şəraitdə Gürcüstana qaydışına təminat verə bilməz. Amma yenə də Sakaaşvilidən hər addım gözləmək olar. Çox xarizmatik bir fiqurdur, onun vaxtilə Ukraynadan deport olunandan sonra ora qayıdacağını heç kim gözləmirdi, amma gördük necə sərhəddən keçdi, tərəfdarları ona dəstək verdi. Ola bilsin Ukrayana varinatını Gürcüstan üçün də fikirləşib. Amma bunu necə reallaşdıracaq? Çünki yenidən həbs olunma ehtimalı var. Xatırlayırsınızsa, Ukraynaya geri qayıdandan sonra restoranda əl-qolunu bağlayıb, ölkədən zorla çıxartdılar. Amma Gürcüstanda qovmayacaqlar, həbs edəcəklər. Bu baxmdan, düşünürəm ki, Sakaaşvili nə qədər xarizmatik fiqur olsa da, hər halda həbs olunmasını istəmir. Hətta prezident Sakaaşvilinin tərəfdarı seçilsə belə, o, gərək, parlamentdə də çoxluğa malik olsun. Amma parlamentdə hələ ki, Sakaaşvilinin tərəfdarları çoxluq deyil”.
"Böyük ehtimalla ikinci tur ola bilər”
"Azər Süleymanov deyib ki, hakim partiyanın dəstəklədiyi prezidentliyə namizəd Salome Zurabişvili exit-polun nəticələrinə görə ən son yerdə dayanır. Sakaaşvlinin komandasının dəstəklədiyi Qriqol Vaşadze hər namizəddən 15-20 faiz artıq səs toplayıb, irəlidə olacaq. Sakaaşvilinin komandası uğur qazancaq. Sizcə, Sakaaşvlinin komandası uğur qazana biləcək” sualına E. Şahinoğlu belə cavab verdi: "Mənə elə ki, şansları bərabərdir. Çünki İvanaşvli nə özü prezident seçkilərində iştirak etdi, nə də birbaşa hansısa siyasətçiyə seçkidə dəstəkdir. Dedi ki, "prezidentin səlahiyyəti elə böyük deyil. Parlament Nazirlər Kabinetinin nəzarətindədir. Prezident kürsüsünü müxlaifətə də verə bilərik”. Amma bu, o demək deyil ki, İvanaşvili prezident kürsüsünün Sakaaşvilinin tərədarlarına keçməsinə rahat şəkildə razılaşacaq. Deyilənə görə, keçmiş xarici işlər naziri Zurabişvilini dəstəkləyir. Düzdür, Zurabişvili də Sakaaşvilinin keçmiş komadasından sayılır, onun prezident olduğu dönəmdə xarici işlər naziri olub. Amma daha sonra fikir ayrılığı olub, yolları ayrılıb. Zurabişvili İvanaşvli ilə təmas qurub. Qüvvələr nisbəti dəqiq olmadığına görə söz demək çətindir. Ancaq məsələn, Ukrayna üçün indi müəyyən ehtimallar var ki, Poroşenkonun yenidən prezident seçilmək ehtimalı azdır, reytinqi aşağıdır. Halbuki, yenə də şansı var. Gürcüstanda isə namizdələrin hamısı bu saat bərabər səviyyədədir. Böyük ehtimalla ikinci tur da ola bilər. Yəni hansısa bir siyasətçinin çox böyük səs faizi ilə irəlidə olduğunu söyləmək çətindir”.
"Seçkilərdə saxtakarlıq olmayacaqsa, inqilabın baş verəcəyini yüksək qiymətləndirmirəm”
Şahinoğlu vurğuladı ki, Gürcüstanda inqilabi şərait yetişməyib: "İnqilabı ancaq Sakaaşvili edə bilər. O, bu barədə tez-tez çıxış edir. İqtisadi tənəzzül yoxdur. Elə böyük təlatüm yoxdur. Yəni inqilab üçün elə bir zəmin yoxdur. Hakimiyyt dəyişikliyi seçki yolu ilə də baş verə bilər. Əgər seçkilərdə saxtakarlıq olmayacaqsa, inqilabın baş verəcəyini yüksək qiymətləndirmirəm. Azər Süleymanov Sakaaşvilinin qatı tərəfadarlarındadır. O, Sakaaşvili tərəfdarı olduğuna görə Sakaaşviliyə uyğun fikirləri bölüşür. Bəli, İvanaşvli hakimiyyətindən narazılıq var. Mən özüm də onu qəbul etmirəm. Hər zaman Sakaaşvilinin siyasətini bəyənmişəm. Amma bu, bizim istəyimzidən və yaxud Sakaaşvilinin tərəfdarlarının istəyindən asılı deyil ki, məhz Sakaaşvilinin tərəfdarları qələbə çalacaq və Gürcüstanda inqilab baş verəcək. Bu arzunun reallaşması indiki stiuasiyada Gürcüstanda mümkün olmaya da bilər”.
"Parlamenti əsassız buraxsa, prezidentin özünün vəziyyəti gərginləşə bilər”
"Qeyd etdiyim kimi, prezident kürsüsü Gürcüstanda çox da vacib bir kürsü deyil. Prezident parlamenti də asanlıqla buraxa bilməz. Əgər parlamentdə böhran yoxdursa, Nazirlər Kabineti normal işləyirsə, parlamenti hansı əsasla buraxacaq? Əksinə parlamenti əsassız buraxsa, prezidentin özünün vəziyyəti gərginləşə bilər. Mən düşünmürəm ki, prezident kim seçiləcəksə, dərhal parlamenti burxamaq səlahiyyətindən istifadə edib, parlament seçkilərinə gedəcək”,-deyə politoloq əlavə etdi.
Şamo EMİN