8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
- Nazim müəllim, bizim üçün Sizin Bakı Dövlət Universitetinə gətirilməyiniz xəbəri gözlənilməz oldu.
- Bu təyinat mənim özüm üçün də gözlənilməz oldu, amma sevinclə qarşıladım. Ona görə ki, Bakı Dövlət Universiteti Azərbaycanın bir nömrəli ali təhsil ocağıdır. Bu gün Azərbaycanda dövlətimizi idarə edənlərin əksəriyyəti BDU-nun məzunlarıdır. Mən artıq böyük alim, akademik, professor və digər elmi dərəcəli insanların əhatəsində işləyəcəyəm. Bununla da fəxr edirəm.
- Xəbər ona görə gözlənilməz oldu ki, bu təyinatadək çalışdığınız Dənizkənarı Bulvar İdarəsinin təhsil sahəsilə heç bir əlaqəsi yoxdur. Yəni uzun illər tamamilə başqa sahədə çalışan biri kimi, təhsil sahəsində işləmək çətin olmayacaq ki?
- Bəli. Fərqli sahələrdir. Amma mənə heç bir çətinlik törətməyəcək. Ona görə törətməyəcək ki, mən uzun illər ayrı-ayrı idarələrdə rəhbər vəzifələrdə işləmişəm. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, kadr işinə yaxşı bələdəm. Bu baxımdan çətinlik görmürəm. İnanıram ki, mənə tapşırılan işin öhdəsindən gələcəm və etimadı doğruladacağam.
- BDU-nun Kadrlar şöbəsinin müdiri vəzifəsini Sizə rektor əvəzi Firudin Qurbanov özü təklif etdi?
- Şübhəsiz ki, mənim bu vəzifəyə təyinatım həm Təhsil Nazirliyinin, həm də rektor əvəzi Firudin Qurbanovun birgə razılığı ilə baş tutub.
- Hazırda Dənizkənarı Bulvar İdarəsilə əlaqəniz tamamilə kəsilib, yəni artıq orada çalşmırsız?
- Bəli yanvarın 11-dən etibarən Bakı Dövlət Universitetindəyəm. Dənizkənarı Bulvar İdarəsindən tamamilə getmişəm. Amma buna baxmayaraq, Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyi, onun kollektivi hər zaman mənim üçün doğma olaraq qalacaq. Mən ömrümün sonunadək onlarla olan əlaqəmi davam etdirəcəyəm. Bakı Dövlət Universitetilə Dənizkənarı Bulvar İdarəsi hər zaman ən yüksək səviyyədə əməkdaşlıq edəcək.