Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs HƏBS OLUNDU
Bakıda hansı maşınlara maraq öldü
Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Beyləqanda 28 May – Müstəqillik Günü qeyd olundu
-Fotolar
İlham Əliyev xalqı təbrik etdi
Buraxılış imtahanının nəticələri açıqlandı - 4 nəfər 300 bal TOPLADI -
ADLAR
Donald Tramp İlham Əliyevi təbrik etdi
Ceyhun Bayramov Rusiyaya səfər edə bilər
Yaz sessiyası bitir
ADY gücləndirilmiş iş rejimində çalışacaq
Nazir əmr imzaladı - Bayram günləri ilə bağlı...
Əvvəlki
Sonrakı
İranda keçmiş MMA çempionu edam edildi
Dünən, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
28-04-2026, 12:14
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Rövşən Cavadovun gerçək qatili kimdir?
Və yaxud OMON komandirinin qətlə yetirilməsinin “sirafişçisi” kimi “Laba”nın adının hallandırılması kimin maraqlarına xidmət edir?
Azərbaycan daxili işlər nazirinin sabiq müavini, keçmiş OMON (Xüsusi Təyinatlı Polis Dəstəsi) komandiri Rövşən Cavadovun ölümü, üzərindən 25 il ötsə də, mətbuatda hələ də zaman-zaman müzakirə olunmaqdadır. Belə ki, onun ölümünə kimin sifariş verməsi, konkret olaraq qatilinin kim olması ilə bağlı indiyədək çoxsaylı versiyalar irəli sürülməkdə, ziddiyətli fikirlər səslənməkdədir.
Məlumat üçün bildirək ki, mətbuatda və sosial şəbəkələrdə R.Cavadovun qətlinin sifarişçiləri arasında mərhum prezident Heydər Əliyev, Milli Məclisin sabiq spikeri Rəsul Quliyev, Müdafiə Nazirliyinin baş qərargah rəisi Nəcməddin Sadıkov, sabiq daxili işlər naziri Ramil Usubov və s. dövlət rəsmilərinin adları hallanır. Öz növbəsində, R.Quliyev hələ illər öncə bu ittihamları rədd edərək Rövşən Cavadovun qətlində birbaşa H.Əliyevi günahlandırsa da, proseslərin gedişi və hadisə şahidlərinin açıqlamaları burada tamamilə fərqli qüvvələrin maraqlı olduğunu deməyə əsas verir. Xüsusən də 1995-ci ilin məlum mart olayları zamanı (16-17 mart) OMON-a qarşı əməliyyata R.Usubov və N.Sadıkovun birbaşa rəhbərlik etdiyi haqda iddiaların səsləndirilməsi bir çox həqiqətləri ortaya çıxarır. Yəni hər iki dövlət rəsmisinin Rusiyayaya bağlı kadrlar olması, sonrakı illərdə bu faktın tamamilə sübuta yetirilməsi belə deməyə əsas verir ki, burada Kremlin maraqları heç də az rol oynamayıb.
Digər tərəfdən, OMON komandiri Rövşən Cavadovun özünün də Rusiyaya qarşı və Türkiyəyə meylli olması haqda fikirlərin mövcudluğu onun qətlində Moskvanın əlinin olduğu haqda iddiaları gücləndirir.
Əlbəttə, həmin dönəmdə prezident Heydər Əliyevin də OMON-un ləğvində maraqlı olduğu istisna deyildi. Bir sıra faktlara əsasən deyə bilərik ki, bu məsələ hətta H.Əliyevlə R.Cavadov arasında müzakirə mövzusu da olub. Lakin həmin vaxt dövlət başçısı OMON komandirinə söz verib ki, rəhbərlik etdiyi qurum ləğv olunmayacaq, sadəcə təyinatı dəyişdirilərək birinci şəxslərin – nazirlərin və komitə sədrlərinin mühafizəsini təşkil edən xidmət kimi fəaliyyət göstərəcək.
Proseslərin gedişi onu göstərir ki, Heydər Əliyevin R.Cavadova verdiyi sözə rəğmən, dövlət rəhbərliyində OMON-un israrla ləğv edilməsinin tərəfdarı olan qüvvələr mövcud olub. Bunlardan biri kimi, o dönəmdə daxili işlər naziri vəzifəsini icra edən Ramil Usubovun adını çəkə bilərik. Çünki, bu, Azərbaycandakı siyasi prosesləri nəzarətdə saxlamağa cəhd edən Rusiya xüsusi xidmət orqanları ilə yanaşı, şəxsən DİN rəhbərinin maraqlarına da cavab verirdi. Çoxlarına da bəlli olduğu kimi, Rövşən Cavadov həmin dönəmdə daxili işlər naziri postuna iddialı idi. Hətta mərhum Heydər Əliyevin hələ Naxçıvan MR-də olarkən Rövşən Cavadova DİN rəhbəri postunu vəd etdiyi haqda iddialar da mövcuddur. Görünür, bütün bunlardan xəbərdar olan, eləcə də OMON-un getdikcə nüfuzunun artığını görən dönəmin daxili işlər naziri R.Usubov R.Cavadovu sıradan çıxarmaqla, həm də özünün vəzifəsini qarant altına almaq istəyib. Təsadüfi deyil ki, 1995-ci ilin mart olaylarından sonra Ramil Usubov nə az, nə çox düz 25 il DİN rəhbəri postunda çalışdı.
O ki qaldı Rövşən Cavadovu və tərəfdarlarını qətlə yetirməklə OMON-un ləğvi prosesinə, şübhəsiz çoxlarının düşündüyündən fərqli olaraq, bu, prezident Heydər Əliyevin iradəsindən kənar bir hadisə idi. Xüsusən də R.Cavadovun guya dövlət çevrilişinə cəhd etdiyi haqda iddialara gəldikdə, şübhə yoxdur ki, bu, xüsusi işlənmiş bir plan idi və OMON-un ləğvində maraqlı olan qüvvələr bu məsələdə H.Əliyevi inandıra bilmişdilər. Lakin onu da qeyd etməliyik ki, məlum olaylardan bir neçə gün öncə Qərb bölgəsində baş verən hadisələr bu məsələdə daşırıcı damla oldu. Hansı ki, martın 12-də OMON-un Qazax bölməsinin rəisi Elçin Əmiraslanovun rəhbərlik etdiyi döyüşçülər qurumun ləğvinə etiraz olaraq, bir neçə dövlət binasını zəbt etmişdilər. Üstəlik, bu hadisədən bir neçə gün əvvəl Türkiyə prezidenti Süleyman Dəmirəl də mərhum dövlət başçısı Heydər Əliyevə zəng vuraraq, heç bir ciddi əsası olmayan informasiyalar əsasında OMON-un ölkədə dövlət çevrilişinə hazırlaşdığı haqda məlumat vermişdi. Şübhəsiz, bütün informasiyalar üst-üstə düşdüyündən və prezidentin komandasındakı ruspərəst qüvvələrin ölkədə stabilliyin bəpa olunması üçün israrla OMON-un ləğvinin vacibliyini qeyd etməsindən sonra, Heydər Əliyev bu məsələyə “yaşıl işıq” yandırıb. Amma biz yenə o qənaətdəyik ki, ölkə başçısı OMON-un ləğvinə “hə” desə də, Rövşən Cavadovun qətlə yetirilməsi göstərişi birbaşa Heydər Əliyevdən gəlməyib. Nə üçün bu qənaətdəyik?
Birincisi,
Heydər Əliyev OMON-u və şəxsən Rövşən Cavadovu öz hakimiyyəti üçün təhlükə hesab etsəydi, martın 12-də evindən yalnız sürücüsü ilə çıxıb, şəxsi avtomobilində Batamdardakı helikopter meydançasına gələn R.Cavadovu elə yoldaca həbs etdirərdi.
İkincisi,
R.Cavadov dövlət çevrilişi etmək niyyətində olsaydı, elə həmin gün (12 martda) müdafiə nazirinin müavini İsa Sadıqovla birlikdə Qərb bölgəsinə gedib, orada OMON-çuların zəbt etdiyi binaları azad etdirməz və onlara fəaliyyətlərini davam etdirməsi üçün ölkə rəhbərliyi ilə danışıqlar aparacağına söz verməzdi.
Üçüncüsü,
Qərb bölgəsində, konkret olaraq Qazaxda baş qaldıran etirazlar yatırıldıqdan sonra, martın 14-də Bakıya qayıdan R.Cavadov həqiqətən də hakimiyyət iddiasında idisə, iki gün müddətində – martın 15 və 16-da OMON-un ləğv edilməsinin qarşısını almaq məqsədi ilə prezident Heydər Əliyev və daxili işlər naziri Ramil Usubovun qəbuluna düşməyə cəhd etməzdi.
Haşiyə çıxaraq qeyd edək ki, əslində Rövşən Cavadovun həmin vaxt Ramil Usubov tərəfindən qəbul edilməməsi və onun prezidentlə görüşünün qarşısının alınması 16-17 mart hadisələrinin artıq öncədən planlaşdırıldığını ortaya qoyur. Çünki R.Cavadov Qazaxda olduğu zaman OMON-un ləğvinin qarşısını almaq üçün ölkə rəhbərliyinə son dəfə xahiş edəcəyini, alınmasa, özü də başda olmaqla, hər kəsin evinə çəkiləcəyini açıq şəkildə bildirmişdi. Yaxınları da etiraf edir ki, R.Cavadov həmin ərəfdə sakit bir həyat yaşamaq istədiyini bildirirmiş…
Dördüncüsü,
R.Cavadov əgər həqiqətən də hakimiyyətin güc yolu ilə dəyişdirilməsinin tərəfdarı olsaydı, OMON-a qarşı əməliyyat zamanı uzun müddət cavab atəşi açmamaq göstərişi verməz və sonda ağ bayraq qaldırıb, təslim olmaq tərəfdarı olmazdı. Yeri gəlmişkən, OMON-çuların ağ bayraq qaldırmalarına rəğmən, onların güllələnməsi də sübut edir ki, bu əməliyyatda məqsəd OMON-u ləğv etməkdən daha çox Rövşən Cavadovu aradan qaldırmaq olub. Bu məsələdə isə kimin maraqlı olduğu haqda yazımızın əvvəlində qeyd etmişik…
Amma onu da qeyd etməliyik ki, bu məsələdə Ramil Usubovla Nəcməddin Sadıkovu bir-birindən ayırmaq doğru olmaz. O mənada ki, OMON-a qarşı əməliyyatda hər iki dövlət rəsmisi eyni qüvvənin əmrini icra etdiyindən, onların ortaq maraqları da eyni olub. Hətta belə iddialar da var ki, R.Usubovdan fərqli olaraq əməliyyatda şəxsən iştirak edən Nəcməddin Sadıkov “atəş açın” əmrini ilk olaraq verən şəxs olub. Üstəlik, mərhum R.Cavadovun bədənindən çıxan güllənin də Müdafiə Nazirliyi əməkdaşlarına məxsus olduğu bildirilir. Hansı ki, həmin güllə bədənə daxil olduqdan sonra dağıdıcılıq funksiyası daşıyaraq, insanın qısa zamanda ölümünə səbəb olur.
Bütün bunlara rəğmən, yuxarıda da qeyd etdiyimiz kimi, Rövşən Cavadovun qətlini hələ də müxtəlif şəxslərin adı ilə bağlamaq cəhdləri mövcuddur. Belə ki, araşdırmaçı jurnalist Natiq Ədilov özünün “Youtube” internet kanalında iddia edib ki, OMON komandirinin ölümündə “Laba” ləqəbli Mübariz Pənahov günahkardır. Jurnalist bu haqda Rövşən Cavadovun atası Bəxtiyar Cavadovun “Təzadlar” qəzetinin 5-12 mart 2002-ci il tarixli sayında dərc olunan müsahibəsinə istinad edir. Onun sözlərinə görə, məlum əməliyyat zamanı Rövşən Cavadova Naxçıvan MTN-in işçisi Əmiraslan Rza oğlu Əliyev şəxsən atəş açıb. Bundan sonra isə o, hadisə yerində öldürülüb: “Əmiraslan Əliyevi hazırlayıb, terror üçün yola salan “Laba” ləqəbli Mübariz gördüyü işlə hələ də fəxr edir”.
N.Ədilov iddia edir ki, bu faktı Rövşən Cavadovun qardaşı Mahir Cavadov da təsdiqləyir: “Əmiraslan Əliyevə əmr verilmişdi ki, Rövşən Cavadovu vursun. O da Rövşən Cavadovu ancaq yaralamağa macal tapmışdı, çünki onu cavab atəşi ilə elə oradaca qardaşım öldürmüşdü”.
Əlbəttə, Bəxtiyar Cavadov və Mahir Cavadovun bu cür açıqlamalar verməsi anlaşılandır. Amma nəzərə alsaq ki, OMON-a qarşı əməliyyatda 3 güc strukturu – Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi iştirak edib, o halda, həmin vaxt Sədərək gömrük-keçid məntəqəsinin müdiri vəzifəsində çalışan Mübariz Pənahovun “xidmətinə” nə kimi ehtiyac ola bilərdi?! Digər tərəfdən, R.Cavadovu öldürdüyü iddia olunan Əmiraslan Əliyev təkbaşına onlarla silahlı döyüşçünün mühafizə etdiyi OMON komandirini necə qətlə yetirə bilərdi ki?! Bu ancaq filmlərdə mövcud ola bilər ki, peşəkar zabitləri də daxil olmaqla, üç nazirliyin yüzlərlə hərbçisinin bacarmadığı bir işi hansısa sıradan bir şəxs təkbaşına icra edib. Üstəlik, Rövşən Cavadovun şəxsən Əmiraslan Əliyev tərəfindən qətlə yetirilməsinin özü də şübhəlidir. Çünki 31 may 2017-ci il tarixində “Hürriyyət” qəzetinə müraciət edən Sərhəd Qoşunlarının keçmiş zabiti Rauf Hüseynov adlı vətəndaş Rövşən Cavadovu güllə ilə özünün yaraladığını və sonradan onun xəstəxanada qanitirmədən öldüyünü bildirir. O, iddia edir: “1995-ci ilin məlum mart hadisələrində mən Sərhəd Qoşunları Fakültəsinin 3-cü kursunda təhsil alırdım və Ali Baş Komandan Ümümmilli Lider prezident Heydər Əliyevin əmri ilə XTPD (OMON) qarşısında öz döyüş yoldaşlarımla və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Bəhruz Mənsurovla sipər olduq və XTPD niyyətinə çatmağa imkan vermədik. Həmin döyüşdə Bəhruz Mənsurovun ölümü məni çox qəzəbləndirdi və mən Rövşən Cavadova açdığım güllə ilə onu yaraladım, sonralar o qanitirmədən dünyasını dəyişdi”.
Göründüyü kimi, Rövşən Cavadovun qətlinə kimin sifariş verməsi və qatilin şəxsən kim olması haqda müəmmalar hələ də davam edir. Yeganə həqiqət odur ki, bu məsələdə Mübariz Pənahovun adının hallandırılması ya kimlərinsə maraqları çərçivəsində baş verir, ya da qətldə ittiham olunan Əmiraslan Əliyev naxçıvanlı olduğunda, “Laba”nın bu işlə əlaqələndirilməsi jurnalist təxəyyülünün məhsulundan başqa bir şey deyil.
“Hürriyyət”
P.S.
Belə iddialar da var ki, Müdafiə Nazirliyinin Baş qərargah rəisi Nəcməddin Sadıkov 1996-97-ci illərdə Moskvada Rövşən Cavadovun oğlu Laçınla görüşüb. Hansı ki, Laçın hər zaman R.Cavadovun qətlində N.Sadıkovu ittiham edir, onun ünvanına sərt fikirlər səsləndirir, hətta atasının qisasını alacağını bildirirdi. Maraqlıdır ki, məlum görüşdən bir müddət sonra Laçının özü də Rusiyada müəmmalı şəkildə qətlə yetirildi. Bu isə, şübhəsiz, kifayət qədər düşündürücü məsələdir…
Oxşar Xəbərlər
Ramil Usubov əmr verdi; Daha bir polis rəisi təyinatı oldu
Ramil Usubov daha iki polis rəisi təyin etdi
Milli Təhlükəsizlik Naziri kim olacaq?
Nəcməddin Sadıkov İsrailə rəsmi səfərə getdi
Xəbər lenti
Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs HƏBS OLUNDU
İranda keçmiş MMA çempionu edam edildi
Bakıda hansı maşınlara maraq öldü
Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur
ŞAD XƏBƏR: Bayrama görə bu şəxlərə pul mükafatı ayrıldı
Ağdaşda avtomobil piyadanı vuraraq öldürdü
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
Beyləqanda 28 May – Müstəqillik Günü qeyd olundu
-Fotolar
İlham Əliyev xalqı təbrik etdi
Buraxılış imtahanının nəticələri açıqlandı - 4 nəfər 300 bal TOPLADI -
ADLAR
Donald Tramp İlham Əliyevi təbrik etdi
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
Ceyhun Bayramov Rusiyaya səfər edə bilər
Yaz sessiyası bitir
ADY gücləndirilmiş iş rejimində çalışacaq
Pensiya ilə bağlı MÜHÜM XƏBƏR -
Nazirlik AÇIQLADI
Sabahın hava proqnozu AÇIQLANDI
Nazir əmr imzaladı - Bayram günləri ilə bağlı...
Qatarla ölkəyə gələn əcnəbilərə XƏBƏRDARLIQ
Bölgələrə axın başladı: günlük evlər 1000 manata qədər bahalaşdı
Bahar Muradovadan VACİB ÇIXIŞ
Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ!
Prezidentə təbriklər gəlməkdə davam edir
Bakı-Tiflis sərnişin qatarı yola düşdü
Sürücülərə ŞAD XƏBƏR:
Bu yolun bərpasına başlanıldı
Babək Niftəliyevə vəzifə verildi
Metroda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dələduzların YENİ ÜSULU: Vətəndaşların biometrik məlumatları necə ələ keçirilir? -
XƏBƏRDARLIQ
Elmir Həsənli yüksək vəzifəyə təyin edildi
Messi ilə bağlı pis XƏBƏR
Prezidentdən ÖNƏMLİ
SƏRƏNCAM
"Uğur 777" estetik mərkəzindəki qanunsuzluqla bağlı məhkəmə keçirildi
İlham Əliyev müşavirə keçirdi -
FOTO
Xəzər dənizində zəlzələ oldu
XİN Pakistana başsağlığı verdi
Bu ərazidə 4 saat işıq olmayacaq
21 yaşlı qadın qətlə yetirildi -
Əri saxlanıldı
FHN əhaliyə xəbərdarlıq etdi
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi:
Qiymətlər belə dəyişdi
Messi rəsmən milyarder oldu –
Ronaldudan sonra ikinci futbolçu
Omeqa-3 həqiqətən faydalıdır?
“CAVANŞİR QURBANOV ADI NƏSLİMİZİN ƏN BÖYÜK QÜRURUDUR”
– Mircəlal Qurbanovdan mərhum atası haqda duyğusal yazı / VIDEO, FOTO
Bazar günü 28 dərəcə isti olacaq
Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib
3 BÜRCLƏ bağlı ŞOK XƏBƏRDARLIQ –
Onlarla münasibət qurmayın!
21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ
Azərbaycanda sayğaclar BU CÜR OLACAQ
Bu qidalar sağlam ARIQLAMAĞA kömək edir
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
ŞAD XƏBƏR: Bayrama görə bu şəxlərə pul mükafatı ayrıldı
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
Pensiya ilə bağlı MÜHÜM XƏBƏR -
Nazirlik AÇIQLADI
Sabahın hava proqnozu AÇIQLANDI
Sürücülərə ŞAD XƏBƏR:
Bu yolun bərpasına başlanıldı