Azərbaycanda uşaqlar TƏHLÜKƏDƏ: Reanimasiyada olanlar var

Son zamanlar uşaqlar arasında qusma və ishalla müşahidə olunan virus yayılıb. Valideynlərin çoxu uşaqların belə olmasından narahatlıq yaşayırlar. Hətta klinikalardan bildirilir ki, bu virusdan əziyyət çəkən uşaqlar arasında reanimasiyada olanlar da var.
Bəs uşaqlarda ciddi halsızlığa səbəb olan bu xəstəliyin adı nədir?
Sozcu.info-nun xəbərinə görə, pediatr Elşən Tağıyev Lent.az-a bildirib ki, həmin xəstəlik “Rotavirus” adlanır:
“Rotavirus” infeksiyası adətən yüksək temperatura və davamlı qusma ilə başlayır. Qızdırma 39-40 dərəcəyə qədər qalxa bilir. Bundan sonra isə davamlı qusma baş verir. Uşaq qida və maye qəbulundan sonra qusur. Gün ərzində 15-20 dəfə ishal ola bilir. Uşaqların orqanizminin 80 faizi sudan ibarət olduğu üçün bədən susuzlaşır”.
Həkimin sözlərinə görə bu virsudan peyvənd vurdurmaqla qorunmaq olar:
“Qeyd etmək istəyirəm ki, bu virusa qarşı peyvənd var. O peyvənd uşaqlara vurulmalıdır”.


Oxşar Xəbərlər

Xəbər lenti