UKRAYNADA DÖYÜŞLƏRDƏ DAHA BİR AZƏRBAYCANLI HƏLAK OLDU - Fotolar (Yenilənib)

Daha bir soydaşımız Rafael Ağayev Mariupolun Rusiya işğalçılarından müdafiəsi zamanı şəhid olub.
Musavat.com xəbər verir ki, Rafael Ağayev həm də 2014-cü il Donbass döyüşlərinin veteranı idi. Müharibədən sonra sahibi olduğu “Pizza Veterano” şirkətini təsis etmişdi.
Rusiyanın hücumu başladığı ilk gündən isə Mariupolun müdafiəsini təşkil edən qüvvələrdən biri, Ukrayna Hərbi Dəniz Qüvvələri Dəniz Piyadalarının tərkibində döyüşlərə qatılmışdı.
***
Ukraynanın Mariupol şəhərində gedən döyüşlər zamanı daha bir azərbaycanlı həlak olub.
Sozcu.info xəbər verir ki, bu barədə mərhumun dostu Leonid Ostalsev məlumat verib.
Onun sözlərinə görə, Rafael Ağayev Ukrayna dəniz piyadalarının tərkibində Mariupolu müdafiə edərkən qəhrəmancasına həlak olub.









Oxşar Xəbərlər

Xəbər lenti