Gürcüstanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub

Gürcüstan Respublikasında qeydə alınan zəlzələ Azərbaycan ərazisində də hiss olunub.
"Report"un Qərb bürosunun məlumatına görə, Gürcüstan ərazisində qeydə alınan 5,3 bal gücündə zəlzələ Gürcüstanla sərhəd olan Qazax rayonunda da hiss olunub.
Qeyd edək ki, zəlzələnin episentri Gürcüstan Respublikasının Dmanisi rayonun Yırğançay kəndində olub.


Oxşar Xəbərlər

Xəbər lenti