12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə mühüm yer tutur. Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Möhtərəm Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə hər zaman yüksək qiymət vermişdir. Həmin dövr dövlətçilik tariximizin parlaq səhifələrindəndir. Müstəqilliyimizin bərpasında, yeni dövlətimizin qurulmasında və qorunmasında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri danılmaz faktdır.
1918-ci il mayın 28-də qurulmuş və cəmi 23 ay yaşamış AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə olaraq Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə bütün dünya demokratiyasına böyük töhfə verib. Cəmi 23 ay mövcud olmuş Cümhuriyyət süqut etməsinə baxmayaraq ötən əsrin sonlarında Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müasir Azərbaycan dövləti müstəqilliyini bərpa etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qüdrətli dövlətə çevrilib.
Bu gün Azərbaycan dünyada güclü və nüfuzlu dövlət, öz müstəqil iradəsi və siyasəti olan ölkə kimi tanınır. Ölkəmiz heç bir qüvvədən, hansısa ölkədən, təşkilatdan, güc mərkəzindən asılı deyil. Respublikamızda sabitlik və təhlükəsizlik tam şəkildə təmin edilib, iqtisadi inkişaf səmərəli nəticələr verir. Bununla yanaşı, çoxvektorlu xarici siyasət və ya dərin strateji diplomatiya Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini, regional və qlobal siyasətdə imkanlarının genişlənməsini təmin edir. Xüsusilə də, postmünaqişə dövründə regional geosiyasi gündəliyi Azərbaycan diktə edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər.
44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Torpaqlarımızı işğaldan əvvəlki gözəl çağlarına qaytarmaq üçün indi Azərbaycan dövləti və xalqı böyük işlər görür. Düşməndən təmizlənən torpaqlarda bərpa-quruculuq işlərinə başlanılıb, artıq bu istiqamətdə uğurlu nəticələr əldə olunub. Bu gün düşməndən azad edilən torpaqlarda minatəmizləmə əməliyyatları ilə paralel olaraq əsas infrastruktur layihələri sürətlə reallaşdırılır. Ərazinin elektrik təchizatı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Biz müstəqilik, biz azadıq, biz heç kəsdən asılı deyilik. Əsl müstəqillik odur ki, dövlət müstəqil siyasət apara bilsin və bizim əsl müstəqillik həyatımız 1993-cü ildəxalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra başlamışdır.
Suraxanı rayonunun fəal gənci Aytac Cabbarova