16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Bakıda dənizdə meyit tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, 2 iyun tarixində Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər Bulvarı yaxınlığında (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən dörd kilometr aralı qeyri-çimərlik, nəzarətsiz ərazi) dənizdə batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Rüstəmov Nəsimi Kamal oğlunun axtarışları başa çatıb.
N.Rüstəmovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.