Füzulidə 31 yaşlı kişini avtomobil vurub


Füzulidə 31 yaşlı kişini avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Balaxanızadə Ümid Natiq oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Daha sonra paytaxtdakı xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}