16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Ötən gecə Bakıda çoxmərtəbəli binanın liftində qəza baş verib.
Sozcu.info-nun əldə etdiyi məlumata görə, hadisə saat 22:20 radlərində Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binada baş verib. Liftin zərbə ilə şaxtaya çırpılması nəticəsində orada olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıblar. Onların bədənlərində çoxsaylı sınıqların olduğu müəyyən edilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.