8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi əsas xidmətlərindən biri də bugünkü güclü ordumuzun memarı olmasıdır. Dahi şəxsiyyətin orduquruculuğu sahəsində gördüyü işlər illər keçsə də, özəhəmiyyətini itirmədi, əksinə bu xidmətlər ordumuzunhazırki möhkəmliyinin təməli oldu, onu daha da inkişafetdirib yüksək səviyyəyə çatdırdı. Bugünkü güclü ordumuzun təməli lap əvvəlki illərə dayanır. Tarix boyuordumuzun lazımi gücə çatması üçün çox səy göstərilib, əmək verilib. Keçmiş tariximizə bir nəzər salaq. 26 iyun1918-ci il tarixli qərarla Müsəlman Korpusunun adıdəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı vəbununla da milli silahlı qüvvələrin yaradılması istiqamətindəmühüm addımlar atıldı. 1992-ci il oktyabrın 9-da isə silahlıqüvvələrimizin Bakıda ilk hərbi paradı keçirilib. Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Azərbaycan RespublikasınınPrezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha dainkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərmanimzalamışdır. 2011-ci il iyunun 26-da Bakıda SilahlıQüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi, 2013-cü ildə isə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyimünasibətilə hərbi parad keçirilib. Bu il isə Silahlı Qüvvələrgününün yaranmasından 104 il ötür. Bu gün Qafqazda ənmüasir ordu hesab olunan Azərbaycan Milli Ordusu HərbiHava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz Quruqoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqibləqırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizəaparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan havahücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdənsayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan SilahlıQüvvələrinin buna müvafiq olaraq hərbi imkanları dagenişlənib. Əsası Heydər Əliyev tərəfindən möhkəm qoyulmuş dərin siyasət, cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun fərman və sərəncamları ilə ölkədəmüasir hərbi sənaye kompleksinin yaradılması, silahlıqüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesiuğurla həyata keçirilir. Keçmişi qələbələrlə zəngin olan, amma xalqı illərdir Qarabağ həsrəti ilə çırpınanAzərbaycanda artıq Silahlı Qüvvələrin yaradılması günü böyük Zəfərlə qeyd olunur. Belə ki, 2020-ci ilin sentyabrın27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altındarəşadətli Azərbaycan Ordusunun işğal altında olantorpaqlarımızın azadlığı uğrunda başlatdığı əks-hücuməməliyyatları nəticəsində düşmən üzərində çoxdangözlənilən qələbə qazanıldı. Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə Vətən müharibəsi adı ilə düşdü. Döyüş tapşırıqlarını və xidməti vəzifələrini ləyaqətləyerinə yetirən Azərbaycan əsgərinin döyüş meydanındagöstərdiyi cəsarət, fədakarlıq, habelə təşəbbüskar vəqətiyyəti sayəsində işğal altında olan torpaqlarımız azadolundu və Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Xalqımızın vətənpərvər oğulları və qızları bu yoldafədakarlıq göstərib qəhrəman, qazi və şəhid oldular. Biramal uğrunda birləşən xalqımız heç çəkinmədən həm önhəm də arxa cəbhədə öz səylərini göstərdilər, son anaqədər geri çəkilmədilər, əzmkarlıqla irəliyə doğru getdilər.Beləliklə, bünövrəsi çoxdan qoyulmuş bu milli mübarizəmizsonunda möhtəşəm qələbə ilə başa çatdı. Bir tərəfdə təməlimöhkəm qoyulmuş güclü və sarsılmaz ordumuz, birtərəfdən də çoxdan bu qələbəni gözləyən Azərbaycan xalqı. Hər kəs bir olub, bir yumruq altında birləşib əbədi və şanlıbir tarix yazdı. ”Şuşa Qarabağın ürəyidir”. Bu sözlər əbəsyerə deyilməyib. Məhz Şuşanın azad olunması ilə şanlıordumuz Vətən müharibəsində öz qalibiyyətini təsdiqlədi vəbütün dünyaya bəyan etdi. Ali baş komandan cənab İlhamƏliyev və onun komandanlıq etdiyi müzəffər ordumuzHeydər Əliyevin Şuşanın və Qarabağın azad olunması iləbağlı etdiyi vəsiyyəti də yerinə yetirmiş oldu.
Suraxanı rayonu, 281 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi ŞəlaləTalıbova