16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Astarada 9 aylıq hamilə olan qadın ölüb.
Sozcu.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Giləkəran kəndində baş verib.
1997-ci il təvəllüdlü Qasımzadə Aytən Eldəniz qızı dünyasını dəyişib. İlkin məlumata görə, qadın yaşadığı evdə qəflətən ölüb.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Qeyd edək ki, A.Qasımzadənin 9 aylıq hamiləlik dövrü normal keçib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.