16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Rusiya qoşunları Ukraynanın Donetsk bölgəsindəki Çasiv Yar şəhərində 5 mərtəbəli yaşayış binasına raket zərbəsi endirib.
Musavat.com “Qafqazinfo”a istinadən xəbər verir ki, bu haqda Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenko sosial media hesabında açıqlama verib:
“Xilasetmə əməliyyatları davam edir. Dağıntılar altından 6 meyit və 5 yaralı çıxardıq”.
Binanın hər iki girişinin tamamilə dağıldığını bildirən Kirilenko, biri 9 yaşlı olmaqla ən azı 34 nəfərin hələ də dağıntılar altında ola biləcəyini bildirib.