16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sozcu.info xəbər verir ki, qəza zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
2 avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində, 1954-cü il təvəllüdlü F.Mərdanov, 1961-ci il təvəllüdlü Y.Hacıyeva, 1985-ci il təvəllüdlü S.Məsimova və daha bir azyaşlı xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və normal qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.