Rəis müavini niyə özünə qəsd edib? - 2 uşaq atasının ölümü ilə bağlı yeni DETALLAR


Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli intihar edib.

Sozcu.info Əli Cahangirlinin fotosunu və onunla bağlı bəzi məlumatları əldə edib.

1986-cı il təvəllüdlü Əli Cahangirli Naxçıvanda anadan olub, 12 ildir gömrük sistemində çalışıb. İşlə bağlı hansısa problemi olmayıb.

Hadisə baş verən gün, yəni dünən axşam, işdən sonra dostları ilə görüşüb, birlikdə şam edib, yeyib-içiblər.

Məclisdə dostları ilə söhbət edən gömrükçü həvəsdən düşdüyünü, həyatdan bezdiyini deyib.

Daha sonra həmişə istifadə etdiyi taksini çağırıb, evə gedib. Taksi sürücüsü onun vəziyyətini görüb və həmin gün onunla qalıb.

Səhərə kimi söhbət ediblər. O, sürücüyə özünü öldürmək istədiyini deyib. Sürücü isə onu bu fikrindən yayındırmağa çalışıb.

Səhər 8-də sürücü ondan ayrılaraq evinə gedib. Hadisə də bundan sonra baş verib. Əlinin depresiyaya düşməsi, həyatdan bezməsinə nəyin səbəb olduğu barədə heç bir məlumat yoxdur.

Dostları, iş yoldaşları onu yaxşı insan kimi xarakterizə edir. Həmişə deyib, gülən, şən biri olub.

Hadisə zamanı ailəsi yanında olmayıb.

Mərhum ailəli olub, 2 azyaşlı övladı var.

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.

***

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi intihar edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nin sorğusuna cavab olaraq bildirilib ki, 13 iyul 2022-ci ildə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli Astara rayonu Rüdəkənar kəndində intihar edib.

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}