16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Bakıda hindistanlı turistlərin olduğu avtomobil qəzaya uğrayıb.
Sozcu.info-nun əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu ərazisində - Qobustan-Vulkan yolunun 8-ci kilometrliyində baş verib. Belə ki, palçıq vulkanlarının yerləşdiyi "Qobustan Milli Parkı"nın ərazisində Həsənağa Həsənovun idarə etdiyi və turistləri daşıyan "Mitsubishi Pajero" markalı avtomobil aşıb. Nəticədə avtomobildə olan 2 hindistanlı turist vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.