16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Bakı metrosunda sərnişinin halı pisləşib.
Sozcu.info Oxu.Az-a istinadla xəbər verir ki, hadisə səhər saatlarında metronun “Nizami” stansiyasında qeydə alınıb.
Gənc qız bir anda huşunu itirərək, yerə yıxılıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov sorğumuza cavab olaraq bildirib ki, gənc qızın halı pisləşib və metropoliten əməkdaşları ona yardım ediblər:
“Xanım sərnişin üçün təcili tibbi yardım briqadası çağırılıb. Təcili yardım gələnə qədər polislər və metropoliten əməkdaşları sərnişinə ilkin yardım göstəriblər”.