12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Bu gün günorta saatlarında Nərimanov rayonu Polis İdarəsinin 17-ci polis bölməsinin qarşısında 1964-cü il təvəllüdlü Vahid Alı oğlu Nuriyev intihar məqsədi ilə özünü yandırıb.
Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, zərərçəkmiş ağır yanıq xəsarətləri ilə 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib.
V. Nuriyevin yaxınlarının verdiyi məlumata görə, adıçəkilən şəxs bir müddət öncə özünün döyülməsi ilə bağlı Nərimanov RPİ-nin 17-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib.
Lakin zərərçəkmiş onun şikayətinə obyektiv baxılmadığını əsas gətirərək təkrarən polis və prokurorluq orqanlarına müraciət ünvanlayıb. Aparılan təhqiqatın nəticələrindən narazı qalan V. Nuriyev intihara əl atıb.
Qeyd edək ki, 5 saylı xəstəxanın yanıq şöbəsinin həkimləri cavab olaraq V. Nuriyevin hazırda reanimasiyada olduğunu təsdiqləyiblər:
“Xəstə hazırda reanimasiydadır. Bədəninin çox hissəsi yanıb. Vəziyyəti olduqca ağırdır. Həkimlər əllərindən gələni edirlər”.
***
Nərimanov rayonu Polis İdarəsinin 17-ci polis şöbəsinin təhqiqatçısından Vahid Nuriyevin narazı qalmasının heç bir hüquqi əsası yoxdur.
Bu barədə DİN Mətbuat Xidəmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, vətəndaşın polisə müraciəti ailə məsələləri ilə bağlıdır, təfərrüatı ona və yaxınlarına məlumdur.
Qeyd olunub ki, V.Nuriyevin tələbi ondan ibarət olub ki, həyat yoldaşı və qızının tanışı olan bir nəfər onu döyüb xəsarət yetirdiyi üçün təcili həbs edilməlidir.
“Aparılan araşdırmalarla və müvafiq ekspertiza rəyinə əsasən cinayət hadisəsi aşkar olunmadığından cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunub. Buna baxmayaraq, o, həmin şəxsin təcili olaraq həbs edilməsini təkidlə tələb edib və ailəsinin onun barəsində iddialarını qəbul etməyib”, - DİN rəsmisi qeyd edib.