22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynada Rusiya qüvvələrinin nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının “nəzarətdən çıxdığını” açıqlayıb.Hurriyyet.az-ın xarici mediaya istinadən məlumatına görə, MAQATE-nin prezidenti Rafael Qrossi açıqlamasında "Zaporojye Atom Elektrik Stansiyası nəzarətdən çıxıb. Nüvə təhlükəsizliyinin hər bir prinsipi pozulub" deyib.
O, MAQATE-nin obyektdəki personalla münasibətlərinin “qeyri-müntəzəm” olduğunu, avadanlıq və ehtiyat hissələrinin tədarükünün kəsildiyini, obyektdə MAQATE tərəfindən yoxlanılması lazım olan çoxlu nüvə materiallarının olduğunu bildirib.
Qrossi komandasının son 2 aydır Zaporojye nüvə obyektini ziyarət etməyə hazır olduğunu, lakin bu günə qədər tapşırığı yerinə yetirə bilmədiklərini, Zaporojyeyə çatmaq üçün onun və komandasının mühafizəyə ehtiyacı olduğunu bəyan edib:
“Bu, həm Rusiya, həm də Ukraynanın əməkdaşlığını tələb edir. Hər iki tərəfdən bu vəzifənin davam etməsinə icazə vermələrini xahiş edirəm".