16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cabbarov Mirkamal Vüqar oğlu avqustun 17-də DSX-nin hərbi hospitalında müalicədə olarkən xəstəlikdən vəfat edib.
Bu barədə Sozcu.info-ya DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
"Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir", - məlumatda qeyd edilib.