16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Avqustun 18-də Samux rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıran şəxsin vəziyyəti açıqlanıb.
TƏBİB-dən Lent.az-a bildirilib ki, vətəndaş Təbriz Abdullayev avqustun 18-i saat 16:30-da Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80 faiz yanığı, üçüncü-dördüncü dərəcəli termiki alov xəsarəti ilə daxil olub. Hazırda reanimasiya şöbəsində həkim nəzarəti altındadır, vəziyyəti ağırdır.
Qeyd edək ki, Təbriz Abdullayevin Vətən Müharibəsi iştirakçısı, qazi olduğu bildirilir.