12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Vətən.AZ-Trans” MMC-nin istismarında olan 46 nömrəli avtobus xəttində elektrik kimi çalışan Elxan Sabirli iş yoldaşı tərəfindən döyülüb.
Musavat.com xəbər verir ki, o bu barədə Oxu.Az-ın redaksiyasına müraciət edib.
E.Sabirli bildirib ki, avtobus xəttinin qarajının kolon rəisi Şahin İbrahimov onu döyüb:
“Son üç-dörd gün ərzində mən həm öz yerimə, həm də digər işçinin yerinə gecə-gündüz işlədim. Şahin İbrahimov məni yenə də növbə əvəzləməsi üçün işdə saxlamaq istədi. Bildirdim ki, artıq yorulmuşam və işləyə bilmirəm. Məni döydü və bildirdi ki, hara istəyirəm, şikayət edə bilərəm”.
O qeyd edib ki, bir neçə il əvvəl də həmin şəxs tərəfindən döyülüb:
“Mən bu hadisəni anlaşılmazlıq kimi qəbul edib, ona keçmişdim”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaş E.Sabirli çalışdığı avtomobil təmiri sexində iş yoldaşı Ş.İbrahimov tərəfindən döyülməsi ilə bağlı Xətai RPİ 37-ci Polis Şöbəsinə ərizə ilə müraciət edib:
“Müvafiq ekspertizalar təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
“Vətən.AZ-Trans” MMC-nin rəhbəri Babək Aslanov saytımıza açıqlamasında hadisədən xəbərsiz olduğunu və üç gündən sonra Bakıya qayıdacağını bildirib.