12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
22.07.2011 tarixli icra vərəqəsi ilə birlikdə mənə göndərilib . İndi 8 ildir həmin icra vərəqini təqdim edib, icrasını tələb etsəm də, heç bir icra hərəkəti aparılmayıb. Təsəvvür edin, 14 ildə 2 məhkəmə qətnaməsi mənə eyni otaqları verib, amma Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələri bir dəfə də olsun icra hərəkəti etməyiblər. Bundan böyük cinayət?
İndi 8 ildən sonra məhkəmənin icra vərəqəsinin saxta olduğunu “müəyyən ediblər”. Və bu saxtalığı tələbkar 1-ci dərəcəli Qarabağ qazisinə sırıyırlar. Tutaq ki, bu icra vərəqi saxtadır, bəs əsl icra vərəqi hanı? Bəlli olub ki, ümumiyyətlə, əsl icra vərəqi yoxdur! Belədə mənə məhkəmənin göndərdiyi icra vərəqinin surəti niyə saxta olsun? Xətai və Nizami icra şöbələrinə göndərilən icra vərəqələrinin əsli bəs hara yoxa çıxıb? Aha, deyəsən, eldə deyildiyi kimi, xoruzun quyruğu görünür. Borclular ƏMDK, Nizami RİH, Xətai məhkəməsinin özü (yeri gəlmişkən, mənə qarşı hücumda məhkəmənin indiki sədri Rəşid Rzayevin də əli olmamış olmaz ), Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələri mütəşəkkil cinayətkar dəstə şəklində 21.06.2011 tarixli qətnaməni məndən gizlədib, icra vərəqini də qəsdən itiriblər. Niyə? Elə həmin il – 14.07.2011-ci il tarixli çıxarışla məhkəmənin 2 il qabaq 26.05.2009-cu ildə mənə verdiyi otaqlar rayon sakini olmayan Hüseynov Aydın Bəxtiyar oğlunun adına sənədləşdirilib. 21.06.2011 tarixli qətnamənin 3 il məndən gizlədilməsinin, bu qətnamə əsasında verilən 22.07.2011 tarixli icra vərəqəsinin iki (!) icra şöbəsində yoxa çıxmasının səbəbi budur :məhkəmənin 1-ci dərəcəli Qarabağ əlilinə verdiyi otaqları ,“Kapitalbank”ın həmin ünvandakı Nizami filialı geri çəkildiyindən , qondarma fiqur Aydın Bəxtiyar oğlu Hüseynovun adına saxta şəhadətnamə ilə ələ keçirmək! Baxın, bu yekəlikdə korrupsiya , saxtalıq ortada ola – ola ,14 ildir əmlakına yiyələnə bilməyən tələbkar 1-ci dərəcəli Qarabağ qazisi icra vərəqini saxtalaşdırmaqda şübhəli bilinir. Ay gidi dünya!
14-cü ildir bir dəfə də olsun icra hərəkəti etməyən icra məmurları 161-ə şikayətimdən sonra öncə korrupsiyaya qarşı mübarizə baş idarəsinin Orxan Hüseynov adlı prokuroruna 1-ci dərəcəli Qarabağ qazisi tələbkarı şantaj etməyi, sonucsuz olduğundan , sifarişi oradan Nizami polisinə ötürdüblər. Ortada cinayət faktı olmadığından “axtarış terroruna” əl atıblar. Təsəvvür edin, guya mən qatı cinayət törətməyə görə axtarışdayam, özümdən başqa hamıya, hətta 2 ildir getmədiyim kənddəki qohumlarıma, həyat yoldaşımın işlədiyi məktəbə xəbər yayıblar. Bunun özü bilərəkdən yanlış məlumat vermək, terror əməlidir. Sonra da güdməyə başlayıblar ki , qatı cinayətkar kimi yaxalasınlar. Beləcə 2 sutka özbaşına həbsimdən sonra cinayət işi axtarıblar. Hətta keçmiş hakimi də görüm-baxımla üzümə durdurdular. Xətai məhkəməsinin hakimi Raziyə Ataşovanın 17.07.2014 tarixli məktubu ilə mənə göndərilən məktuba əlavə olunan sənədlər siyahısında 22.07.2011 tarixli icra vərəqəsinin surəti ikinci yerdə gedir. Bəs axı keçmiş hakim yalan məlumat verilməsinə görə məsuliyyət daşımağa qol çəkib ! İndi müstəntiq Qalib Kərimli onun barəsində cinayət işi qaldırmaq üçün məhkəməyə müraciət etməlidir. (Məhkəmənin tələbkara icra vərəqəsi vermədiyinə şahidlik edən keçmiş hakimə özünün imzaladığı məktub təqdim edilir) Amma Nizami RPİ-nin müstəntiqi Qalib Kərimlinin həmin 2 sutkada elədikləri hamısı ağır cinayət əməlləridir. Yəqin keçmiş hakimlə üzləşmə protokolunu da yoxa çıxarıblar. Elə icra vərəqəsini yoxa çıxardıqları kimi.
Hələ də müstəntiqin məhkəmənin adından saxta axtarış qərarı ilə sahə müvəkkili Elçin İslamovun və beş nəfərlik dəstənin apardığı oğlumun şəxsi kompüteri də qaytarılmayıb. Yəqin kompüterdə saxta sənədlər düzəldib, mənim adıma çıxmağı fikirləşiblər, bəlkə evimə silah, narkotik atmağı. Bəlkə elə gizlin kamera quraşdırıblar. Axı tələbkar 1-ci dərəcəli Qarabağ qazisi “qatı cinayətkardır” , 14-cü ildir dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını tələb edir!
Mənə qarşı işgəncə cinayətinin arxasında əmlakımı ələ keçirən zırpı lotu məmurlar, Ədliyyə Nazirliyinin icra baş idarəsinin dələduzları dayanır. Sifarişi icra edənlər isə göz qabağındadır :Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi və Nizami polisi .Görəsən, Konstitusiyadan üstün olan lotu dövlət məmuru kimdir ?
Məğrur BƏDƏLSOY