İrandakı aksiyalarda ölənlərin sayı 76-ya çatdı

İranda əksər ailələr aksiyalarda həyatını itirən yaxınlarını gecələr sakitcə dəfn etmək məcburiyyətində qalıblar.
Sozcu.info  xəbər verir ki, “Iran Human Rights” qeyri-hökumət təşkilatının bu barədə yaydığı məlumatda bildirilir ki, kütləvi dəfn mərasimləri keçirənlər təzyiqlərə məruz qalıblar.
Qeyd olunur ki, bir çox ailə ölüləri ilə bağlı məlumatları ictimailəşdirəcəkləri təqdirdə qanuni ittihamlarla hədələnib.

Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Həmin gündən etibarən ölkənin bir çox şəhərində etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı polis etirazçılara atəş açıb.



Oxşar Xəbərlər

Xəbər lenti