Şəhidlərin anma anını pozan sürücü kimdir? - VİDEO


Şəhidlərin anma anını pozan sürücü kimdir? - VİDEO

Sentyabrın 27-də - Şəhidlərimizin anım günündəki sükut zamanı 21 BF 821 dövlət qeydiyyat nişanlı, “Toyota Lənd Kruzer” markalı avtomobilin sürücüsü sükutu pozaraq hadisə yerindən uzaqlaşıb.

Sozcu.info xəbər verir ki, sürücünün bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən olduqca mənfi qarşılanıb və ciddi tənqid edilib.

Bildirilib ki, avtomobilin sürücüsü Ayaz İmamquliyev Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət olunub və onunla profilaktiki söhbətlər aparılıb.

Sürücü etdiyi tərbiyəsizliyi təmizə çıxarmaq istəyib və dərhal da valideynlərindən istifadə etmək qərarına gəlib. Avtosfer.az saytına açıqlaqmasında deyib ki, anım vaxtı veriləcək yüksək və ardıcıl siqnal səslərinin avtomobildəki xəstə ata və anasına mənfi təsir göstərəcəyini bildiyi üçün ətrafdakı insanlardan üzr istəyərək ona yol verilməsini xahiş edib, daha sonra isə ərazidən uzaqlaşıb.

Hələ üstəlik, sürücü vətənpərvər olduğunu deməyi də yaddan çıxarmayıb.

Halbuki görüntülərdə onun sükutu pozaraq hadisə yerindən uzaqlaşarkən avtomobili saxlamadığı və kimsədən də üzr istəmədiyi aydın görünür. Hətta onun bu qeyri-etik hərəkətinə ətrafdakıların etirazı da hiss edilir və təsadüfi deyil ki, ərazidən uzaqlaşan sürücünün şəhidlərimizə hörmətsizliyini tam qeydə almaq üçün onun getməsi də qeydə alınır.

 

olke.az




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}