Qobustanda DƏHŞƏTLİ QƏZA: Bir neçə avtomobil yandı, ölən var - YENİLƏNİB + VİDEO


Baş Dövlət Yol Polisi İdarəsi Qobustandakı dəhşətli qəza ilə bağlı yeni məlumat yayıb. 

Qurumdan bildirilib ki, hadisə bu gün səhər 08:20-də Bakı-Qazax yolunun 55 kilometrliyində qeydə alınıb. 

Hadisə zamanı biri yanacaqdaşıyan maşın olmaqla üç avtomobil toqquşub. 

Qəzadan sonra yanğın başlayıb. 

Hazırda DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər. 

Hadisə barədə ətraflı məlumat veriləcək.

***

Qobustanda “KamAZ” markalı yük maşını yanacaqdaşıyan avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində yanacaqdaşıyan avtomobildə olan yanacaq dağılıb və yanğın başlayıb.

Yoldan keçən bir neçə avtomobil yanıb. Hadisə nəticəsində bir nəfər ölüb.

Hazırda Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində iş aparılır.

Ərazidə təhlükəsizlik tədbirləri görülür.





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}