2 bacı zəlzələdən 57 saat sonra xilas edildi - FOTO


Türkiyənin Qaziantep şəhərinin İslahiye rayonunda aparılan axtarış-xilasetmə işləri zamanı zəlzələdən təxminən 57 saat sonra iki bacı dağıntılar altından sağ olaraq çıxarılıb.

Sozcu.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, dağıntılar altından xilas edilən 30 yaşlarında olan Fatma və Merve Dəmir bacıları ilkin müayinədən sonra xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, onlar şəhərin Namık Kemal küçəsində yerləşən 7 mərtəbəli "Özdemirler Apartmanı"nda yaşayırmışlar.

2 bacı zəlzələdən 57 saat sonra xilas edildi -  FOTO
2 bacı zəlzələdən 57 saat sonra xilas edildi -  FOTO

 

Bakupost.az



Oxşar Xəbərlər

Xəbər lenti