16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Bakıda şirkətə məxsus avtomobil piyadanı vuraraq öldürüb.
Sozcu.info-nun “Report”a istinadən xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, Elməddin Seyidov “Amburan İK” MMC-yə məxsus, etibarnamə ilə idarə etdiyi “Qaz A31R32-80” markalı yük maşını ilə hərəkətdə olarkən piyada, 1973-cü il təvəllüdlü Turan Mənafovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır