Dünən, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
Müdafiə Sənayesi Nazirliyinin “Şirvan Araz zavodu” MMC-də partlayış olub.
Sozcu.info xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
Araşdırma aparılır.
***
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən sursat partlayışı üzrə Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.
Ölən şəxsin zavodda işləyən 1966-cı il təvəllüdlü Mehman Əhmədov, xəsarət alanın isə 1970-ci il təvəllüdlü Səbinə Şəkərova olması müəyyənləşib.