Bodrumda oteldə atışma olub, 1 nəfər ölüb


Türkiyənin kurort şəhəri Bodrumda otellərin birində baş verən atışma nəticəsində bir nəfər ölüb, daha üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sozcu.info xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti  yazıb.

Bildirilir ki, otelə öz avtomobilləri ilə gələn 3 nəfərlə oteldə olan 3 nəfər arasında silahlı toqquşma baş verib.

“Atışma nəticəsində bir nəfər ölüb. Üç nəfər yaralanıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır və qaçmağa müvəffəq olan şübhəlilərin tutulması istiqamətində işləri davam etdirirlər”, - deyə qəzet qeyd edib.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}