16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Astarada Pensərçay daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub.
Məlumata görə, ötən gecədən başlayan güclü yağış Astarada fəsadlar törədib.
Bir neçə kənddə körpüləri sel aparıb, gediş-gəliş çətinləşib. Sel suları əsasən rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində vətəndaşların həyətyanı sahələrinə dolub. Meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.
Hazırda bölgədə intensiv yağış davam edir. (APA)