Diyarbəkirdə zəlzələdən zərər görən bina qəfil çökdü - VİDEO


Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda bu ilin fevral ayının 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdə böyük ziyan görən 6 mərtəbəli bina söküntü zamanı uçub.

Sozcu.info bu barədə "Haber Global"a istinadən xəbər verir.

Mərkəzi Pazarcık və Elbistanda baş verən dağıdıcı zəlzələlərdə Diyarbəkirdə minlərlə bina zərər görüb.

Şəhərdə söküntü işləri davam edərkən, zədələnmiş 6 mərtəbəli binanın ekoloji təhlükəsizliyi təmin edilib. Səhər saatlarında başlayan söküntü işləri zamanı sütunların bir neçəsi kəsildikdən sonra bina qəfil çöküb.

Həmin anlar ətrafdakı vətəndaşların mobil telefon kameralarına əks olunub.

Sözügedən görüntüləri təqdim edirik:

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}