Abşeronda DƏHŞƏT: üç qohumunu balta ilə öldürdü, birini isə...


  • Abşeron rayonunda əmisi, əmisinin arvadı və əmisi qızını balta ilə öldürməkdə, bir nəfərə isə xəsarət yetirməkdə təqsirləndirilən Sərxan Həşimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Ona hüquq və vəzifələri izah olunub.

Məhkəmənin baxış iclası martın 7-ə təyin edilib.

Xatırladaq ki, ötən il iyulun 3-də 1974-cü il təvəllüdlü S.Həşimovun Abşeron rayonu, Digah qəsəbəsi, Q.Qarayev küçəsi ərazisində qisas niyyəti ilə əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya balta ilə çoxsaylı xəsarətlər yetirməklə onları xüsusi amansızlıqda qəsdən öldürməsi, daha sonra Mehdiabad qəsəbəsi ərazisində qəsəbə sakini Ələsgər Hüseynova həmin balta ilə çoxsaylı xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında S.Haşımova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29,120.2.2, 29,120.2.4 və 29,120.2.10-cu (xüsusi amansızlıqla iki və ya daha çox şəxsi öldürmə və xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla təkrarən qəsdən adam öldürməyə cəhd) maddələri ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs bundan öncə 3 dəfə məhkumluq həyatı yaşayıb. 2 məhkumluğu ödənilib.3-cü məhkumluğu isə C.M -nin 177.2.4-cü maddəsi ilə olub.Saxlanılan zaman üzərində məhkumluğu olub./Report



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}