28-03-2026, 23:18
17-03-2026, 15:20
12-03-2026, 11:28
11-03-2026, 17:52
10-03-2026, 11:35
Bu gün saat 05 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
“Sozcu.info” xəbər verir ki, Qəbələ rayon sakini Nicat Əsgərovun idarə etdiyi “VAZ-2115” markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı qız hadisə yerində vəfat edib.
Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan da xəsarət alıb.
Qəzaya düşənlər bir ailənin üzvləridir.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan saytımıza bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.