Zelenski ABŞ-a təşəkkürünü bildirdi


Sozcu.info xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski yeni hərbi yardım paketinə görə ABŞ-a təşəkkürünü bildirib.

Pentaqon Kiyevə tank, BTR, dron və zirehli katerlər təqdim edəcəklərini bəyan edib.

Zelenski bu məlumatı noyabrın 4-də “Tvitter” səhifəsində verib.

Zelenski yazıb: “400 milyon dollar dəyərində növbəti hərbi yardım paketinə görə ABŞ Prezidenti Co Baydenə və Amerika xalqına təşəkkür edirəm. Bizim Ukrayna torpağını azad eləməyimizə kömək edəcək zirehli texnikaya görə. Bu, dəyişməz dəstəyi qiymətləndiririk”.

ABŞ-ın Müdafiə Nazirliyi Ukraynaya 400 milyon dollar məbləğində yeni hərbi yardım paketi ayırıb. Bu barədə açıqlamanı Pentaqonun təmsilçisi Sabrina Sinqh brifinq zamanı verib.

Yeni paketdə Ukraynaya veriləcək HAWK hava hücumundan müdafiə raketlərinin modernləşdirilməsi üçün maliyyə ayrılması nəzərdə tutulur.

Bundan başqa, Ukraynaya 45 ədəd T-72B yenilənmiş, optika, rabitə vasitələri və zireh ilə təkmilləşdirilmiş tankı,  1100 ədəd taktiki Phoenix Ghost taktiki dronu, 40 ədəd zirehli çay kateri daxildir.



Oxşar Xəbərlər

Xəbər lenti