Xına mərasimində DƏHŞƏT - yaralılar var


Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda keçirilən xına gecəsində iki ailə arasında baş verən mübahisə kütləvi davaya çevrilib. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.

Sozcu.info xəbər verir ki, hadisə Yeşilçeşmə məhəlləsində təşkil olunan xına mərasimində baş verib. Gəlin və bəy tərəfi arasında hələlik səbəbi açıqlanmayan mübahisə qısa müddətdə böyüyərək davaya çevrilib.

Xəbərdə bildirilir ki, qarşıdurma zamanı 2 nəfər bıçaq xəsarəti alıb, daha 6 nəfər isə daş və dəyənəklərlə yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Polisin müdaxiləsindən sonra dava dayandırılıb. Yaralanan şəxslər təcili yardım avtomobilləri və digər nəqliyyat vasitələri ilə Çukurca və Hakkari dövlət xəstəxanalarına aparılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Mübahisənin hansı səbəbdən yarandığı hələlik rəsmi şəkildə açıqlanmayıb.

Toy və xına mərasimində yaşanan insident bölgədə geniş müzakirələrə səbəb olub. Polis hadisənin bütün detallarını araşdırır.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti