Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ


Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə iyunun 2-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Sozcu.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Mingəçevir, Bərdə, Yevlax,Tərtər, Quba, Qusarda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.



Oxşar Xəbərlər

Xəbər lenti