Məmurlar büdcə pullarını hara xərcləyirlər?-FOTO

Məmurlar büdcə pullarını hara xərcləyirlər?-FOTO

 

 

Abadlıq, yoxsa hoqqabazlıq

 

Azərbaycanda baş verən proseslər, məmurların "kəşf və icad”ları dünayda baş verənlərə tam ziddiyyət təşkil etsə də, azərbaycanlı məmurları dayandırmaq mümkün deyil. Məsələn, dünyada sürətli qatarlarla bağlı az qala hər gün yeni nailiyyətlər əldə edildiyi bir dövrdə, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bizim qatarların sürətini 140 kilometr/saata çatdırmağı planlaşdırır. Bütün dünyada dizellə işləyən avtomobillərdən imtina prosesi gedir, Azərbaycanda isə dizelin qiymətinin benzinlə müqayisədə daha aşağı səviyyədə tutulması ilə faktiki olaraq dizellə işləyən avtomobillər təbliğ olunur. Belə gedərsə, Azərbaycan Avropanın imtina etdiyi dizellə işləyən avtomibillərin son məntəqəsi ola bilər.

Bu gün dünyanın imkişaf etmiş ölkələrində hərəkət edən səki (Travolator) geniş yayılmağa başlayır. Sürətinə görə hərəkət edən səkilər (Travolatorlar) az sürətli (2.5-3.6 km/saat), sürətli (12-17 km/saat) və passiv kabinəli sistemlərə (20-33km/saat) bölünürlər. Bu Trabolatorların tətbiqində məqsəd bir yandan piyadaların rahatlığını təmin etməkdirsə, digər tərəfdən daha yüksək daşıma qabiliyyətini təmin etməkdir.

İnkişaf etmiş ölkələrdə bu proseslər getdiyi bir zamanda Azərbaycanda bəzi icra başçıları, o cümlədən Ağcabədi rayonunun icra başçısı Şahin Məmmədov fərqli düşünür. Bunun nəticəsində Ağcabədi şəhərinin və Ağcabədi rayonunun Hindarx qəsəbəsində piyadaların hərəkət etməsi üçün nəzərdə tutulan səkilərdə ağaclar əkilib. Bu ağaclar isə səkilərinin əksər hissəsini piyadalarınhərəkətiüçün imkansız hala gətirib. Buna görə piyadalar avtomobil yolları ilə hərəkət etmək məcburiyyətində qalırlar. Çox maraqlıdır ki, məmurlar bütün bu işlər üçün büdcə pullarını sərf edirlər. Halbuki  büdcə pulları insanların rifahına xidmət etməlidir.

Ağcabədi rayonunda isə hər il külli miqdarda büdcə vəsaiti abadlıq işləri adı altında xərclənir, sonda isə həmin abadlıq insanlara manedən başqa bir iş olmur. Ağcabədi rayonuna son 15 il ərzində eyni bir şəxs başçılıq edir. Eyni zamanda son 13 il ərzində abadlıq işləri adı altında külli mmiqdarda büdcə vəsaiti sərf olunub. Bu gün isə nə həmin abadlıqdan, nə də külli miqdarda büdcə vəsaitindən əsər-əlamət yoxdur.

2005-2010-cu illər ərzində abadlıq işlərinə Ağcabədi rayonunda nə qədər pul xərclənməsi ilə bağlı məlumatlar olmasa da, 2011-ci ildən başlayaraq bu məqsədlə xərclənən pullarla bağlı açıq mənbələrdə müəyyən məlumatlar tapmaq mümkündür. Məsələn, 2011-ci ildə Ağcabədi şəhər İcra Hakimiyyətinin sifarişi ilə Ağcabədi şəhər Ü.Hacıbəyli prospekti, İ.Qayıbov, E.Sadıqov, Qarabağ və 20 Yanvar küçələrində əsaslı təmir işləri üçün 1191 473  (bir milyon yüz doğsan bir min dörd yüz yetmiş üç)  manat, Hindarx qəsəbəsində abadlıq işləri üçün 471 684 (dördyüz yetmiş bir min altı yüz səksən dörd) manat sərf edilib. Bu əməliyyatlar işgüzar dairələrdə heç kimin tanımadığı "Günəş-50” Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsilə həyata keçirilib. Lakin bu pullar 2011-ci ildə Ağcabədi rayonunda abadlıq işləri üçün xərclənən pulların hamısı deyil. Belə ki, həmin ilin Ağcabədi şəhər ərazisində yolların əsaslı təmir işlərinə 911 917 (doqquz yüz on bir min doqquz yüz on yeddi) manat sərf edilib. Təxminən bir milyon manatlıq bu işləri isə Ağcabədi 33 saylı Yol İstismar İdarəsi həyata keçirib. 

Bütün bunlar azmış kimi yolların təmiri üçün "Yeni Yol-1” MMC-ilə 390 684 manatlıq bir əməliyyat, H.Əliyev prospektində 5 lampalı 7 metrlik işıq dirəklərinin quraşdırılması üçün "Qarıqışlaq” MMC-ilə də 45 410 manatlqı bir əməliyyat həyata keçirilib.

Növbəti il Ağcabədi rayon Hindarx qəsəbəsində abadlıq işlərinə təxminən 300 min manat sərf edilib və bu əməliyyat bu dəfə "Konsul-50” MMC-i vasitəsilə həyata keçirilib. 2012-ci ildə yolların əsaslı təmir işləri isə Ağcabədi 33 saylı Yol İstismar İdarəsi ilə deyil, bu idarənin rəisi Vidadi Hüseynovun ailə şirkəti olan və oğlu Fəridin adını daşıyan "Ağcabədi Fərid” MMC-i vasitəsilə həyata keçirib və bu işə altı yüz min manatdan artıq büdcə vəsaiti sərf olunub.

Belə əməliyyatlar ötən 13 il ərzində Ağcabədi rayonunda çox olub. Onların hamısını burada sadalamaq fiziki cəhətdən də mümükün deyil. Külli miqdarda büdcə vəsaitlərinin şübhəli əməliyyatların qurbanı olması bir yana, bu gün Ağcabədi rayonununəksər yolları bərbad, küçələri 50-60 il əvvəl olduğu kimidir. Piyada səkiləri isə insanların hərəkəti üçün əlverişsiz vəziyyətdədir. Belə bir vəziyyətə baxmayaraq Ağcabədi rayonuna son on üç ildir ki, eyni bir şəxs, ixtisasca mühasib olan Şahin Məmmədov başçılıq edir. Görünür, məhz bunun nəticəsidir ki,xərclənən pulun miqdarı məlum olsa da, görülən işlər tamamilə başqa işlərdən xəbər verir. Bəşəriyyət çoxdan 21-ci əsrə qədəm qoyub və hərəkət edən səkilər meydana çıxıb. Biz isə piyadalar üçün nəzərdə tutulan səkidə ağac əkirik.Böyük mütəfəkkir Mirzə Ələkbər Sabirin məşhur tənqidlərindən yüz ildən artıq vaxt keçir, ancaq biz hələ də əcnəbilərlə ayaqlaşa bilmirik.

Azad Aydın,

"Yeni Sözçü" qəzeti

Məmurlar büdcə pullarını hara xərcləyirlər?-FOTO

 

Məmurlar büdcə pullarını hara xərcləyirlər?-FOTO

 

Məmurlar büdcə pullarını hara xərcləyirlər?-FOTO

 

Məmurlar büdcə pullarını hara xərcləyirlər?-FOTO

 




Oxşar Xəbərlər

Xəbər lenti